Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Hazırda oxunan: Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

639487

Belçika cari ilin sonuna qədər Ukraynaya üç ədəd F-16 qırıcısı təhvil verməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib. 

“Belçika ilə bu ilin sonunadək bizə üç F-16 qırıcısının verilməsinə dair mühüm razılaşma var. Bu təyyarələrin alınmasını sürətləndirilmiş prosedurla həyata keçirəcəyik”, — deyə siyasətçi yazıb.

Zelenskinin sözlərinə görə, Ukrayna artıq Belçika, İspaniya və digər ölkələrdən F-16 qırıcıları üçün döyüş sursatları alıb.

Qeyd edək ki, iyun ayında Belçikanın müdafiə naziri Teo Franken bəyan etmişdi ki, Belçika bu il Ukraynaya yeddi ədəd F-16 qırıcı təyyarəsi təhvil verəcək. Nazirin sözlərinə görə, təyyarələrdən üçü uçuşlar həyata keçirə biləcək, digər dördü isə ehtiyat hissələri üçün istifadə oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin