Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb.
Bizim.Media xəbər verir ki, “Sabahın xeyir, Azərbaycan” proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb.
O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:
“Onunla bağlı yadda qalan ən böyük xatirə onun dünyadan getməsi oldu. Məni son illərdə silkələyən, daxili partlayışa səbəb olan ikinci belə hadisə olmayıb. Mən Cabirlə vidalaşmamışam, onu hələ yola salmamışam. Qəbirüstünə getməmişəm. Getsəm, barışacağam ki, Cabir yoxdur. Valideynlərinin qarşısına çıxmağa cəsarətim yoxdur.
Nə deyəcəyəm? “Cabir yoxdur, mən varam?”. “Allah rəhmət eləsin” deyəcəyəm? O mənim tərəfimdən deyiləsi sözdürmü? Cabirə çox ehtiyacım var. Çünki maraqlı, gülməli nəsə görəndə mən ona, o da mənə ötürürdü. Hər səhər biz yuxudan oyananda danışırdıq”. (axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
19:42 / 29.09.2026
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO
Hazırda oxunan: "Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO
Hazırda oxunan: "Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO
639457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































