Amerikalı jurnalist Taker Karlson ABŞ prezidenti Donald Trampın İrana qarşı ilk nüvə zərbəsinin endirilməsi fonunda onun dərhal vəzifədən kənarlaşdırılmalı olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Karlson Trampın impiçment edilməsinə əvvəllər qarşı çıxdığını xatırladıb və onunla bağlı hər iki impiçment cəhdini “absurd” adlandırıb.
“Stabilliyə inanıram. Hesab edirəm ki, seçilmiş liderlər səlahiyyət müddətlərinin sonuna qədər vəzifələrində qalmalıdırlar. Trampa qarşı şəxsi nifrətim yoxdur”, – Karlson deyib.
Bununla belə, jurnalist vurğulayıb ki, istənilən prezident ilk olaraq nüvə silahından istifadə etmək imkanını ciddi şəkildə nəzərdən keçirməyə başlayarsa, həmin şəxs dərhal vəzifəsindən kənarlaşdırılmalıdır.
“Dərhal. Çünki bu, qırmızı xətt olmalıdır”, – Karlson bildirib.
O, nüvə zərbəsinin bütün bəşəriyyətin məhvinə gətirib çıxara biləcəyini vurğulayaraq belə bir qərarı nəzərdən keçirən liderin ölkəyə rəhbərlik etmək hüququnu itirdiyini söyləyib.
“İstənilən ölkənin ilk olaraq nüvə silahından istifadə etməyi təklif edən lideri rəhbərlik etmək hüququnu itirir. O, dərhal vəzifəsindən kənarlaşdırılmalıdır”, – Karlson əlavə edib.
Bizim.Media


































































































