Rumıniyada Ukrayna ilə sərhəddən 5 kilometr məsafədə naməlum pilotsuz uçuş aparatı (PUA) yerə çırpılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi öz rəsmi saytında məlumat yayıb. Hadisə Lunkanitsa yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
"Hava hədəfi radar müşahidə sistemləri tərəfindən aşkar edilməyib, çünki o, çox aşağı hündürlükdə uçurdu", – deyə nazirlik bildirilib.
PUA meşəlik əraziyə düşüb. İlkin məlumatlara görə, insident nəticəsində xəsarət alan və ya dağıntı olmayıb. Hazırda ərazidə axtarış və tədqiqat işləri aparılır. Nazirlik hadisələrin gedişatına uyğun olaraq əlavə məlumat verəcəyini vəd edib.
Qeyd edək ki, səhər saatlarında naməlum bir PUA-nın Latviyanın hava məkanına daxil olduğu barədə də məlumat yayılmışdı. Respublikanın bir neçə rayonunda hava həyəcanı elan edilib və dron vurulduqdan sonra həyəcan siqnalı ləğv olunub.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
22:16 / 14.08.2026
Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO
Hazırda oxunan: Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO
Hazırda oxunan: Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO
631198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































