Son dövrlər Rusiya ordusunun Ukraynanın böyük şəhərlərində, o cümlədən paytaxt Kiyevdə yerləşən ərzaq anbarlarına, logistika mərkəzlərinə endirdiyi intensiv hava zərbələri nəticəsində bu ölkədə ərzaq qıtlığı yaranıb.
Bizim.Media “azertag.az”a istinadən xəbər verir ki, Kiyevin böyük marketlərində gündəlik ərzaq məhsullarının çatışmazlığı hiss olunur.
Piştaxtalar boşdur və həmin yerlərdə “Bu məhsulların olmamasının günahkarı Rusiyadır!” yazılıb.
Yerli ekspertlər isə hesab edirlər ki, böyük ərzaq anbarlarının və logistika mərkəzlərinin intensiv vurulması tendensiyası davam edərsə, qarşıdakı aylarda vəziyyət daha da acınacaqlı ola bilər.
Yerli əhali arasında da ajiotaj yaşanır, gündəlik ərzaq məhsulları alınaraq, ehtiyat saxlanılır.
Mövzu ilə bağlı foto və videoreportajı təqdim edir.






Bizim.Media


































































































