Cəlilabad rayonunda zəncirvari qəza: YARALI VAR - VİDEO

Hazırda oxunan: Cəlilabad rayonunda zəncirvari qəza: YARALI VAR - VİDEO

630776

Cəlilabad rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Köhnə Ələt–Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, minik avtomobili ilə yük avtomobilinin toqquşmasından sonra digər minik avtomobili də qəza törədən nəqliyyat vasitələrinə çırpılıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.
 

Yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin