Avropada ürəkbulandıran festival – fransızlar donuza bənzəmək üçün yarışa girdilər – VİDEO

Hazırda oxunan: Avropada ürəkbulandıran festival – fransızlar donuza bənzəmək üçün yarışa girdilər – VİDEO

630710

Fransada donuz səsi çıxarmaq yarışması təşkil olunub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yarışma yeni deyil, artıq 43-cü dəfə keçirilir.

Pourcailhade adlı festivala 4 minə yaxın insan qatılıb.

İştirakçılar növbə ilə donuz səsləri çıxararaq münsiflər heyətini heyrətləndirməyə və qalib titulunu qazanmağa çalışırlar.
 

La Pourcailhade — Fransanın cənub-qərbindəki Tria-sür-Baiz kəndində hər il avqust ayında keçirilən qeyri-adi festivalıdır. 1981-ci ildən bəri təşkil olunan bu şənlikdə donuzçuluq ənənələri və müxtəlif əyləncəli yarışlar təqdim olunur.


Festivalda donuz səsi təqlidi üzrə çempionatdan başqa iştirakçılar donuz kolbasası yemək üzrə müsabiqələrə də qatılırlar. Balaca donuzların qaçış yarışları, yerli kənd məhsullarının sərgiləri də təşkil olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin