Ukrayna Prezidenti Volodimir Zelenski Kirov şəhərindəki hərbi müəssisəyə və Ukrayna sərhədindən 1350 kilometr aralıda yerləşən neft obyektinə zərbələr endirildiyini bəyan edib. Onun sözlərinə görə, Rusiya hərbi logistikasına qarşı əməliyyatlar da intensiv şəkildə davam etdirilir.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında məlumat verib.
O vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri düşmənin dərin arxa cəbhəsində yerləşən hərbi-sənaye komplekslərinə və yanacaq-energetika infrastrukturlarına dəqiq zərbələr endirməkdə davam edir.
O, 1350 km məsafədəki hədəfin uğurla vurulmasını Ukrayna istehsalı olan uzaqmənzilli PUA-ların effektivliyinin göstəricisi kimi qiymətləndirib.
"Rusiya ordusunun təchizat zəncirini və hərbi logistikasını sıradan çıxarmaq üçün əməliyyatlar planlaşdırıldığı kimi davam etdirilir", – deyə Ukrayna Prezidenti əlavə edib.
Bizim.Media





























































































