Ukraynalı ekspert: S-400 raketləri aşağı hündürlükdə uçur, buna görə də… - VİDEO

Hazırda oxunan: Ukraynalı ekspert: S-400 raketləri aşağı hündürlükdə uçur, buna görə də… - VİDEO

626332

S-400 zenit-raket kompleksindən buraxılan raketlər aşağı hündürlükdə uçduğuna və hədəfə çox qısa müddətdə çatdığına görə hava həyəcanı bəzən zərbə ilə demək olar ki, eyni vaxtda elan olunur.

Bizim.Media xəbər verir ki, bunu ukraynalı hərbi ekspert və Rusiya-Ukrayna müharibəsinin iştirakçısı Aleksey Getman bildirib.

Onun sözlərinə görə, "İsgəndər" ballistik raketi 100 kilometrdən çox hündürlüyə qalxdığı üçün peyklər tərəfindən tez aşkar edilir və hədəfə çatma müddəti təxminən 7–10 dəqiqə təşkil edir.

Ekspert qeyd edib ki, S-400 raketləri isə təxminən 1–10 kilometr yüksəklikdə, saniyədə 2–2,5 kilometr sürətlə uçur və hədəfə cəmi 2–3 dəqiqəyə çatır.
 

Getmanın sözlərinə görə, Ukraynaya raket buraxılışları barədə məlumat əsasən tərəfdaş ölkələrin, ilk növbədə ABŞ-ın kosmik kəşfiyyat vasitələri sayəsində əldə edilir. Lakin S-400 raketini yalnız buraxılışdan 20–30 saniyə sonra aşkar etmək mümkündür. Daha 20–30 saniyə isə məlumatın ötürülməsi və reaksiya verilməsi üçün tələb olunur. Bu müddətdə raket artıq marşrutunun əhəmiyyətli hissəsini qət etmiş olur.


Buna görə də S-400 raketləri ilə bağlı hava həyəcanı əksər hallarda əhaliyə çox az vaxt qalmış elan edilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin