Rusiyanın Perm diyarında Ukrayna PUA-larının hücumundan sonra sənaye meydançasında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin məlumat verib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatının hücumundan sonra sənaye obyektində alovlanma qeydə alınıb.
Hadisə yerində təcili xidmət əməkdaşları işləyir. Ərazidə güclü tüstülənmə müşahidə olunur.
Qubernator bildirib ki, müəssisənin bütün işçiləri təxliyə edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Bölgədə yeni PUA hücumları təhlükəsinin qaldığı bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
14:00 / 29.04.2026
Ukrayna Perm diyarına ZƏRBƏ endirdi – VİDEO
Hazırda oxunan: Ukrayna Perm diyarına ZƏRBƏ endirdi – VİDEO
Hazırda oxunan: Ukrayna Perm diyarına ZƏRBƏ endirdi – VİDEO
610113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































