Misirdə baş verən hadisə sosial mediada gündəm olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, qadın ərini öz evində bacısı ilə aldadarkən yaxalayıb.
Vəziyyəti qəbul etməyən qadın, hər ikisini balkona çıxararaq hamının gözü qarşısında ifşa edib.
Görüntülərdə əsəbi qadının yüksək səslə qışqıraraq həm ərinə, həm də bacısına reaksiya göstərdiyi, baş verənləri ətrafdakılara çatdırmağa çalışdığı əks olunur. Qadının qışqırıqlarını eşidən bina sakinləri balkonlara çıxıb və hadisə qısa müddətdə məhəllədə yayılıb.
Hadisə zamanı ətrafdakı vətəndaşların diqqət kəsildiyi, bəzi şəxslərin baş verənləri izlədiyi anlar da görüntülərə düşüb. Qadının sərt reaksiyası və ifşa anları sosial mediada sürətlə yayılıb.
Bəzi istifadəçilər qadının reaksiyasını haqlı hesab etsə də, digərləri belə məsələlərin bu şəkildə ictimailəşdirilməsini tənqid edib.
Bizim.Media


































































































