Anar Elçin HAQDA: Əziz dostumu hər gün, hər saat xatırlayıram

Hazırda oxunan: Anar Elçin HAQDA: Əziz dostumu hər gün, hər saat xatırlayıram

628995

Xalq yazıçısı Anar mərhum dostu Elçini hər gün, hər saat xatırladığını bildirib.

Bizim.Media xəbər verir ki, Anar Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarının ziyarəti zamanı çıxışında mərhumun vida mərasimində danışa bilmədiyini xatırladıb.

O qeyd edib ki, artıq indi danışa bilir:

"Elçinsiz bir il keçir, əziz dostumu hər gün, hər saat xatırlayıram. Çətin də olsa, danışmalıyam. Elçin çox böyük yazıçı, çox yaxşı dost və çox böyük şəxsiyyət idi. Onun kimi insanlar nə yaxşı ki olub, nə yaxşı ki yaşayıb. Mən əziz dostumun ruhuna ehtiramımı bildirir, Allahdan ona rəhmət diləyirəm".

Anar Xalq yazıçısı Elçinin əsərlərinin ədəbiyyat yaşadıqca yaşayacağını ifadə edib.

Qeyd edək ki, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib. Bu gün mərhumun vəfatının birinci ildönümü ilə bağlı I Fəxri Xiyabanda anım mərasimi keçirilib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin