Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Hazırda oxunan: Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

627857

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Naizrliyinin mətbuat xidməti məlumat yayıb.
 

Bildirilib ki, görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.


Söhbət zamanı həmçinin dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin yazılması, Azərbaycan ədəbiyyatının təbliği, görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər dövlət və ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsinin milli ədəbiyyatın inkişafına və cəmiyyətin mədəni həyatının zənginləşməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin