Cennifer Lopez libası ilə hər kəsi heyran etdi - FOTO

Hazırda oxunan: Cennifer Lopez libası ilə hər kəsi heyran etdi - FOTO

619165

Dünya şöhrətli pop-diva Cennifer Lopez imicində kəskin dəyişiklik edərək son dövrlər geyindiyi rəsmi geyimləri cəsarətli və provokativ obrazla əvəz edib. "Netflix" platformasında yayımlanan yeni komediya filminin təqdimat kampaniyasını başa vuran 56 yaşlı ulduz Fransaya yollanıb və karyerasının ən iddialı geyimlərindən birini nümayiş etdirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Kanndan fotolarını paylaşan ulduz izləyicilərinə fransızca "Tout va bien" ("Hər şey yaxşıdır") ismarışını ünvanlayıb.

Sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan fotolarda Cey Lo (J.Lo) bədənini bürüyən kristal qaşlarla bəzədilmiş mini don geyinib. Libas eyni vaxtda iki ekstremal detalı özündə birləşdirir: göbək nahiyəsinə qədər enən dərin dekolte və qabırğalardan budlara qədər uzanan nəhəng yan kəsiklər. Sənətçi bu "çılpaq" obrazını torlu corab və dizdən yuxarı qalxan parlaq botfort çəkmələrlə tamamlayıb.

Məlum olub ki, Cennifer Lopezin Avropa səfəri təkcə istirahət xarakterli deyil. O, Fransada dünya şöhretli DJ Devid Qetta (David Guetta) ilə birlikdə eyni səhnəni bölüşərək böyük şou göstərib.

Eyni zamanda, müğənni Kanndakı digər gəzintilərindən də fotolar paylaşıb. Həmin kadrlarda o, daha zərif və uçan tərzdə görünür: ulduzun əynində "Aje" brendindən 769 dollarlıq solğun sarı rəngli don və "Alaïa" brendinə məxsus 1590 dollar dəyərində çiçək naxışlı ayaqqabılar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin