“Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı BŞİH-dən alınıb, Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməlidir.
Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
20:48 / 10.06.2026
İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Hazırda oxunan: İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Hazırda oxunan: İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
618529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































