“Avroviziya 2026”nın qalibi Dara: “İki dəfə yarışmadan çıxmaq istədim”

Hazırda oxunan: “Avroviziya 2026”nın qalibi Dara: “İki dəfə yarışmadan çıxmaq istədim”

617532

“Avroviziya 2026”nın qalibi, Bolqarıstan təmsilçisi və “Bangaranga” ifaçısı Dara yarışmaya qatılmaqdan iki dəfə imtina etməyi düşündüyünü bildirib.

Bizim.Media “BBC News”a istinadən xəbər verir ki, 27 yaşlı müğənni yeni diaqnoz qoyulmuş ADHD səbəbilə psixi sağlamlığının pisləşəcəyindən ehtiyat edərək yarışmadan çəkilmək istəyib.
 

Onun sözlərinə görə, seçildiyini öyrəndiyi anda böyük təşviş keçirib və yatağında titrədiyini qeyd edib. İfaçı bildirib ki, ilk imtina qərarı müqavilə şərtləri ilə bağlı narazılıqlardan sonra verilib, ikinci dəfə isə psixoloji təzyiq səbəbilə yarışmadan uzaqlaşmaq istəyib. Həmçinin, yarışmaya qatılmaq onun üçün emosional baxımdan çətin proses olub və özünü “layiq deyiləm” kimi hiss etdiyi dövrlər yaşayıb.


“Eurovision” müsabiqəsinin yüksək təzyiqli və gərgin bir yarışma olduğunu deyən sənətçi, psixoloji dəstək almasının bu prosesi idarə etməsində mühüm rol oynadığını bildirib. Dara terapevtlə işlədiyini, nəfəs məşqləri, meditasiya və gündəlik yazmaq kimi üsulların ona kömək etdiyini qeyd edib.

O bildirib ki, bütün gərginliyə baxmayaraq, səhnədə özünü əvvəlkindən daha sakit və güvənli hiss edib və yarışma zamanı emosional sabitliyini qorumağa nail olub. Dara sonda gələcək planlarından danışaraq sağlamlıq və şəxsi həyatın karyera uğurundan daha vacib olduğunu vurğulayıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin