Uşaq teatrlarına maraq azalır? – RƏSMİ STATİSTİKA

Hazırda oxunan: Uşaq teatrlarına maraq azalır? – RƏSMİ STATİSTİKA

617436

Azərbaycanda 9 uşaq və gənc tamaşaçılar teatrı fəaliyyət göstərir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, ötən il ərzində 1208 tamaşa nümayiş olunub. Teatra gələnlərin sayı isə 116 min nəfər olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda uşaq teatrlarına gedən, həmçinin uşaq dərnək və kollektivlərində iştirak edən uşaqların sayının azaldığı qeyd olunub.
 

Vurğulanıb ki, uşaq dərnəklərinin və kollektivlərinin sayı 2010-cu ilin əvvəlində 3517 olduğu halda, 2019-cu ilin əvvəlində onların sayı 1953-ə enib, iştirakçıların sayı müvafiq dövr ərzində 42,1 min nəfərdən 31 min nəfərədək azalıb.


Odur ki, uşaqların mədəni-estetik inkişafı, asudə vaxtının düzgün və səmərəli təşkilinin gücləndirilməsi vacibdir. Bu sahədə dövlət və qeyri-dövlət sektorunun aktiv fəaliyyəti üçün mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin