Natiq Qasımovun süni intellektlə çəkilən filmi təqdim olundu - FOTOLAR

Hazırda oxunan: Natiq Qasımovun süni intellektlə çəkilən filmi təqdim olundu - FOTOLAR

617283

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellektlə hazırlanmış "Düşmənə qarşı tək" adlı qısametrajlı filmin təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, "Bakı Media Mərkəzi"nin maliyyə dəstəyi ilə Nizami Kino Mərkəzində baş tutan mərasimdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri və qazilər, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən "Soy Production"un rəhbəri, Əməkdar artist Dilarə Əliyeva bildirib ki, "Düşmənə qarşı tək" şirkətin istehsal etdiyi sayca üçüncü süni intellekt filmidir. Onun sözlərinə görə, ekran işi süni intellekt texnologiyaları əsasında hazırlansa da, əsas məqsəd N. Qasımovun həyat yolunu və qəhrəmanlığını tamaşaçılara çatdırmaq olub.
 

D. Əliyeva qeyd edib ki, N. Qasımov vaxtilə Mingəçevir kinoteatrında kinomexanik çalışıb və kinoya böyük maraq göstərib. O, filmin təqdimatının qəhrəmanın xatirəsinə ehtiramın ifadəsi olduğunu vurğulayıb.


Tədbirdə çıxış edən süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyn isə N. Qasımov haqqında film çəkməyin uzun illər arzuladığı layihələrdən biri olduğunu bildirib. O qeyd edib ki, filmdə əks olunan hadisələrin böyük hissəsi real faktlara əsaslanır və Xocalı faciəsi zamanı baş verən hadisələri özündə əks etdirir. S. Hüseyn süni intellekt vasitəsilə emosiyaların tamaşaçıya çatdırılmasının çətin olduğunu desə də, yaradıcı heyətin bu vəzifənin öhdəsindən gəldiyini bildirib.

Filmin redaktoru Fariz Əliyev çıxışında süni intellekt texnologiyalarının kino sahəsində yeni imkanlar yaratdığını vurğulayıb. Daha sonra N. Qasımovun qardaşı Nofəl Qasımlı qəhrəmanla bağlı xatirələrini bölüşərək onun Vətənə sədaqətindən və göstərdiyi şücaətdən danışıb.

Tədbirin sonunda "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin