Çeçenistan prezidenti Ramzan Kadırov gözlənilməz qərar verərək Çeçenistan ərazisində icazəsiz əməliyyat keçirənləri yerindəcə güllələməyi əmr edib.
Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ramzan Kadırov hüquq-mühafizə orqanlarına onunla razılaşdırılmadan həyata keçririlən əməliyyat zamanı istənilən əməliyyat işçisinə atəş açmaq hüququ verib:
“Mən rəsmi olaraq bəyan edirəm ki, əgər sizin razılığınız olmadan ərazimizdə kimliyindən asılı olmayaraq, o istər moskvalı, istərsə də stavropollu olsun, fərq etməz, onlara qarşı silahdan istifadə edərək atəş açmaq hüququnu verirəm. Onlar gərək bizimlə hesablaşmalıdırlar.”x9d
Kadırov onu da əlavə edib ki, heç biz özümüz İnquşetiya ərazisinə girib orada ekstremist və terrorçulara qarşı əməliyyat tədbirləri keçirə bilmirik:
“Əgər onlar öz ərazilərini ağalarıdırsa, onda biz də ərazimizə nəzarət etməliyik. Biz ona görə Rusiya Konstitusiyasını qəbul etmədik ki, bizi öldürsünlər.”x9d

































































































