Belçikada anomal istilər son 26 ilin ölüm rekordunu qırdı

Hazırda oxunan: Belçikada anomal istilər son 26 ilin ölüm rekordunu qırdı

624335

İyun ayında Belçikada müşahidə olunan güclü istilər adi hallardan xeyli sayda ölüm faktına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin səhiyyə qurumlarına istinadən "AFP" agentliyi məlumat yayıb.

"Sciensano" İctimai Səhiyyə İnstitutunun məlumatına görə, bu, statistikanın aparılmağa başladığı 2000-ci ildən bəri qeydə alınan ən yüksək ölüm göstəricisidir.
 

İyunun 18-dən iyulun 1-dək olan dövrdə ölkədə gözlənilən səviyyədən çox - 1 747 nəfər ölüm faktı qeydə alınıb. Ölüm sayındakı artım (izafi ölüm göstəricisi) 47% təşkil edib.


Belçika iyun ayı üçün rəsmi olaraq temperatur rekordlarını qırmasa da, Brüsseldə bir neçə gün ardıcıl olaraq temperatur 35 dərəcəyə çatıb, ayrı-ayrı bölgələrdə isə 38–40 dərəcəyədək yüksəlib.

Yaxın günlərdə Belçikada yeni bir isti dalğası gözlənilir. Şənbə günündən başlayaraq beş gün ardıcıl temperaturun 30 dərəcəni keçəcəyi ehtimal olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin