Bakı Dairəvi yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Hərəkət tam dayandırılır!

Hazırda oxunan: Bakı Dairəvi yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Hərəkət tam dayandırılır!

624334


Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət iyulun 10-u saat 22:00-dan iyulun 11-i saat 07:00-dək, həmçinin iyulun 11-i saat 22:00-dan iyulun 12-si saat 07:00-dək qüvvədə olacaq.
Sürücülərə yaranacaq müvəqqəti narahatlığı nəzərə alaraq anlayış göstərmələri və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin