Xameneinin dəfn mərasimi başladı - VİDEO

Hazırda oxunan: Xameneinin dəfn mərasimi başladı - VİDEO

624266

İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi doğma şəhəri olan Məşhəddə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Xatırladaq ki, İranın ali rəhbəri Əli Xamenei 28 fevral 2026-cı il tarixində ABŞ və İsrailin birgə hava hücumu nəticəsində Tehrandakı iqamətgahında öldürülüb.

Hücum zamanı Xamenei ilə yanaşı, onun ailə üzvləri, o cümlədən qızı və nəvəsi də həlak olub.

Bu hadisədən sonra İranda rəsmi olaraq onun ölümü təsdiqlənib və ölkədə uzun sürən matəm və dəfn mərasimləri keçirilib. Onun dəfn mərasimi bir sıra təhlükəsizlik səbəbləri və ölkədəki gərgin vəziyyət səbəbindən müəyyən müddət təxirə salınmış, nəhayət, iyul ayında yekunlaşıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin