Bakının ən tanınmış yaşıllıq ərazilərindən biri olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısındakı parkda antisanitariya hökm sürür.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a şəhər sakinləri müraciət ediblər.
Müraciətdə bildirilib ki, parkdan hər gün yaxın ərazilərdə yaşayan sakinlər, ətraf universitetlərin tələbələri, uşaqlar və idmanla məşğul olan insanlar istifadə etsələr də, əraziyə uzun müddətdir ki, lazımi səviyyədə qulluq olunmur.
Göndərilən şəkillərdən də görünür ki, parkın müxtəlif hissələrinə məişət tullantıları atılıb, zibil qabının ətrafı çirklənib, torpaq quruyaraq çatlayıb, yaşıllıq sahələri isə, demək olar ki, məhv olub. Sakinlərin sözlərinə görə, ağaclar vaxtında suvarılmır, qazon və kollara isə, demək olar ki, qulluq olunmur.
Bundan başqa, ərazidə müşahidə kameralarının və kifayət qədər işıqlandırmanın olmaması da narahatlıq doğuran məsələlər sırasındadır.


Bizim.Media
































































































