TƏBİB-in tabeliyində fəaliyyət göstərən 6 tibb müəssisəsinin təmir edilməsi planlaşdırılır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda bildirilib ki hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən 9 tibb müəssisəsində icra olunan və planlaşdırılan əsaslı, həmçinin cari təmir işlərinin icrası davam etdirilir.
“6 tibb müəssisəsi üzrə isə təmir prosesinin aparılması planlaşdırılır. Eyni zamanda Bakı şəhərində yerləşən 182 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında (bioloji müdafiə sistemlərinin yaradılması) əsaslı təmir işləri davam etdirilir.
İnnovasiya və Təchizat Mərkəzi tərəfindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, mövcud infrastrukturun normativ-texniki tələblərə uyğunlaşdırılması və səhiyyə obyektlərinin fasiləsiz, təhlükəsiz istismarının təmin edilməsi məqsədilə ölkə üzrə kompleks əsaslı təmir-tikinti tədbirləri icra edilir və mərhələli şəkildə planlaşdırılır.
Həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2025-ci ildə Bərdə rayonu ərazisində quraşdırılması nəzərdə tutulmuş modul tipli konteynerlərin (tikinti konstruksiyaları, texniki avadanlıqlar, inventar, logistika, montaj və istismara hazırlıq işləri daxil olmaqla) satın alınması həyata keçirilib”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:30 / 09.07.2026
6 dövlət xəstəxanası təmir ediləcək – TƏBİB AÇIQLADI /ÖZƏL
Hazırda oxunan: 6 dövlət xəstəxanası təmir ediləcək – TƏBİB AÇIQLADI /ÖZƏL
Hazırda oxunan: 6 dövlət xəstəxanası təmir ediləcək – TƏBİB AÇIQLADI /ÖZƏL
624265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































