“Paltformalar uşaqlarla bağlı statistikanı açıqlasa, vəziyyətin nə qədər kritik olduğunu görərik”

Hazırda oxunan: “Paltformalar uşaqlarla bağlı statistikanı açıqlasa, vəziyyətin nə qədər kritik olduğunu görərik”

624260

“Uşaqlar və yeniyetmələr üçün sosial media platformalarında geniş yayılmış kiber zorakılıq, kiber qısnama, yaşa uyğun olmayan məzmuna məruz qalanda onlayn cinsi zorakılıq edən şəxslər tərəfindən istismar riski ciddi narahatlıq doğurur. Azərbaycanda bir çox ailələr bu risklərdən tam xəbərdar deyil və övladlarının onlayn fəaliyyətini monitorinq etmək üçün alətlərə malik deyillər.

Digər istifadəçilərin reallığı əks etdirməyən həyat təsvirləri ilə özlərini müqayisə etmənin nəticəsində bu, uşaq və yeniyetmələrdə sosial media asılılığı, heysiyyat problemləri, depressiya və narahatlıq kimi hallara səbəb olur”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov parlamentdə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, Azərbaycanda uşaqlara yaşa uyğun informasiya əldə etmələri və zərərli informasiyadan mühafizəsi hüquqi cəhətdən hələ 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunla tənzimlənir:

“Lakin sosial şəbəkə platformalarının bu illər ərzində keçdiyi transformasiya sadə ünsiyyət vasitəsindən çoxşaxəli, alqoritmlə idarə olunan, bir çox hallarda isə manipulyativ dizayn həllərindən istifadə edən nəhəng ekosistemlərə çevrilməsi daha dəqiq tənzimləmə mexanizmlərini zəruri edir.

Google şirkətinin məlumatına görə, 2025-ci il ərzində icma qaydalarını pozduğu üçün dünya üzrə 15,8 milyondan çox YouTube kanalı bağlanıb və 245,7 milyondan çox YouTube videosu silinib. Bundan da 24,1 milyondan çox video uşaqların təhlükəsizliyi ilə bağlı olub ki, onlar da silinib. Bu, kifayət qədər böyük rəqəmlərdir. Təsəvvür edin, uşaqlarla bağlı statistikanı digər platformalarda ictimaiyyətə açıqlasa, vəziyyətin nə qədər kritik olduğu hər kəsə məlum olar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin