Xalq arasında “Akroşka” deyilən, amma dialektdə “ovduq”, lüğətdə isə “atlama” kimi verilən sərinləşdirici yay içkisi təkcə Azərbaycanda deyil, dünyanın yarısında məşhurdur.
Sadəcə müəyyən fərqləri var.
Məsələn, ruslar onu içəcək deyil, soyuq şorba kimi istehlak edirlər. Qatıq və ya kefirdən hazırlayıb içinə xiyar, şüyüddən əlavə, qaynanmış yumurta, hisə verilmiş kolbasa da (bəzən qaynanmış ət) doğrayırlar. Türkiyədə Cacık adı ilə tanınır. O daha qatı olur.
Yunanıstanda Tzatziki, Bolqarıstanda və Balkan ölkələrində Tarator, İranda isə Məst-xiyar adlanır, bir az fərqlidir, içinə kişmiş və qoz da əlavə edirlər. Hindistanda Raita, Litvada Saltibarşiay, Polşada isə Xlodnik adlanır.
İndi keçək bu məşhur içkinin təhlükəsinə...
“Akroşka” hazırlanandan sonra yarım saat ərzində bitməlidirqəbul edilməlidir. Onu soyuducuda saatlarla saxlayıb sonra içmək çox böyük səhvdir. Düzgün saxlanılmayan akroşka ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Çünki bir saat ərzində bakteriyalar üçün çoxalma məkanına çevrilir.
Yəni bu, bir həftə soyuducuda saxlaya biləcəyiniz şorba deyil. Tərkibinə streptokok və stafilokoklar kimi təhlükəli bakteriyalar yığır. Ən dəhşətlisi soyuducudan kənarda saxlamaqdır. Bu zaman qida zəhərlənməsi praktik olaraq qaçılmazdır. Ən azından, ağır ishal keçirəcəksiniz.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:40 / 09.07.2026
Çoxunun sevdiyi yay içkisi – Cəmi 1 saata mikrob yuvasına çevrilir
Hazırda oxunan: Çoxunun sevdiyi yay içkisi – Cəmi 1 saata mikrob yuvasına çevrilir
Hazırda oxunan: Çoxunun sevdiyi yay içkisi – Cəmi 1 saata mikrob yuvasına çevrilir
624279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































