Floridada yerləşən Palm-Biç Beynəlxalq Hava Limanının adı rəsmən ABŞ Prezidenti Donald Trampın şərəfinə dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
"Bu gündən etibarən Palm-Biç Beynəlxalq Hava Limanı rəsmi olaraq Donald Tramp Beynəlxalq Hava Limanı adlandırılır", — deyə hava limanının "Facebook" səhifəsində dərc olunan məlumatda bildirilib.
Qeyd olunub ki, hava limanındakı lövhələrin və daxili interyerin dəyişdirilməsi bir neçə həftə çəkəcək. Bununla yanaşı, avqustun 18-dən etibarən hava limanının beynəlxalq kodu da "PBI"dan "DJT"yə dəyişdiriləcək.
Ağ Ev rəhbərinin oğlu Erik Trampın verdiyi məlumata görə, adı dəyişdirilən hava limanına eniş edən ilk təyyarə Trampın özünə məxsus olan və "Trump Force One" adlandırılan "Boeing 757" tipli şəxsi hava gəmisi olub.
Bizim.Media

































































































