Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında Cənubi Qafqaz regionundakı vəziyyətə dair sualları cavablandırıb.
Bizim.Media xəbər verir ki, Türkiyə lideri ABŞ Prezidenti Donald Trampla bu mövzuda dialoqun hər an mümkün olduğunu vurğulayıb:
"Biz Cənubi Qafqaz məsələsini cənab Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik", – deyə Ərdoğan bildirib.
Bununla yanaşı, Türkiyə Prezidenti qeyd edib ki, 7-8 iyul tarixlərində Ankarada baş tutan NATO sammitinin rəsmi gündəliyində Cənubi Qafqaz məsələsi müzakirə olunmayıb.
Xatırladaq ki, 2026-cı ilin 7-8 iyul tarixlərində Ankarada keçirilən 36-cı NATO sammiti Alyansın strateji gələcəyi üçün mühüm hadisə kimi qiymətləndirilib.
Sammit çərçivəsində tərəflər, həmçinin Ukrayna, İran və digər qlobal təhlükəsizlik çağırışlarını da müzakirə ediblər.
Bizim.Media

- A-
- A
- A+
Region
15:30 / 09.07.2026
Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"
Hazırda oxunan: Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"
Hazırda oxunan: Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"
624258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































