Madyar: “Macarıstan Ukraynaya silah tədarük etməyəcək” – VİDEO

Hazırda oxunan: Madyar: “Macarıstan Ukraynaya silah tədarük etməyəcək” – VİDEO

624300

“Macarıstan Ukraynaya silah tədarük etməyəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar NATO-nun Ankara sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib:

“Əvvəllər də dəfələrlə bəyan etdiyim kimi, Macarıstan Ukraynaya silah göndərməyəcək və bu ölkəyə hərbi kontingent yerləşdirməyəcək”.

Bununla belə, Baş nazir qeyd edib ki, Macarıstan hökuməti müharibədən əziyyət çəkən Ukrayna xalqına humanitar yardımların göstərilməsi prosesini gələcəkdə də davam etdirəcək.

Xatırladaq ki, rəsmi Budapeşt daha əvvəl Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsinə (klasterinə) başlamasına icazə vermişdi. Lakin Macarıstan Kiyevin Avropa İttifaqına qəbulu prosesinin süni şəkildə sürətləndirilməsinə hələ də qəti şəkildə qarşı çıxır və Ukraynanın bütün standartlara tam cavab verməli olduğunu tələb edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin