Bakının Yasamal rayonunda skamyada oturan gənclərin üzərinə ağac aşıb.
Bizim.Media “baku.ws”ə istinadla xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Hüseyn Cavid prospektində yerləşən Elmlər Akademiyası parkında baş verib.
Hadisə nəticəsində gənclərdən biri yüngül xəsarət alıb.
Xatırladaq ki, son bir neçə gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilmişdi.
Güclü külək nəticəsində paytaxtda iki ağacın aşdığı bildirilirdi. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi (BŞYTB) məlumat yaymışdı.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:20 / 09.07.2026
Bakıda ağac gənclərin üzərinə aşdı – FOTO
Hazırda oxunan: Bakıda ağac gənclərin üzərinə aşdı – FOTO
Hazırda oxunan: Bakıda ağac gənclərin üzərinə aşdı – FOTO
624336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































