AZAL Çinə uçuş istiqamətlərini ARTIRIR

Hazırda oxunan: AZAL Çinə uçuş istiqamətlərini ARTIRIR

624320

Çin bazarı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) maraq göstərdiyi istiqamətlərdən biridir və gələcəkdə bu ölkə üzrə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, AZAL marşrut şəbəkəsinin inkişafı üzrə davamlı təhlillər aparır və müxtəlif istiqamətlər üzrə yeni imkanları dəyərləndirir.

"Yeni reyslərin açılması ilə bağlı qərarlar zəruri kommersiya və əməliyyat prosedurları başa çatdıqdan sonra qəbul edilir və konkret istiqamətlər barədə rəsmi məlumat yalnız yekun qərardan sonra açıqlanır", - deyə aviaşirkətin məlumatında qeyd edilib.

Qeyd edək ki, hazırda AZAL Bakıdan Pekinə həftədə 3 dəfə birbaşa uçuşlar həyata keçirir. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin