İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

Hazırda oxunan: İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

624342

İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, ölkə ehtiyac yaranacağı təqdirdə İrana qarşı hərbi kampaniyanı bərpa etməyə və "daha böyük qüvvə ilə" yeni zərbələr endirməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
 

Bu bəyanat ABŞ və İran arasında gərginliyin yenidən artması fonunda səslənib. Sözügedən vəziyyət apreldə əldə olunmuş atəşkəsdən və iyun ayında Vaşinqtonla Tehran arasında qarşıdurmanın dayandırılmasına dair imzalanmış razılaşmadan sonra genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaya biləcəyi qorxusunu gücləndirib.


"Ordu döyüş əməliyyatlarını bərpa etmək, səmada yenidən üstünlük qazanmaq və təhdidləri aradan qaldırmaq üçün İrana zərbələr endirməyə, ehtiyac yaranarsa, hətta üçüncü dəfə tam hazırdır və yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib", — deyə Katz hərbi mərasim zamanı bildirib.

Onun sözlərinə görə, əgər İsrail döyüş əməliyyatlarına qayıtmalı olsa, bu, "daha böyük qüvvə ilə" ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin