İlkin Misgərli autizmli uşağı ziyarət etdi – VİDEO

Hazırda oxunan: İlkin Misgərli autizmli uşağı ziyarət etdi – VİDEO

624339

İki gündür sosial şəbəkələrdə və ictimaiyyətdə aktyor İlkin Misgərli barədə geniş müzakirələr aparılır. Aktyorun paylaşdığı videoda autizmli uşağı parodiya etdiyi iddia olunmuş, bu səbəbdən o, ciddi tənqidlərə məruz qalmışdı.

Bizim.Media “musavat.com”a istinadla bildirir ki, İlkin Misgərli bu gün parodiya etdiyi iddia olunan autizmli Nurayı ziyarət edib, onunla və anası ilə görüşərək məsələ ilə bağlı açıqlama verib.

Aktyor yayımladığı videomüraciətdə baş verənlərin anlaşılmazlıqdan qaynaqlandığını bildirib:

"Dostlar, bu neçə gündür mən dəfələrlə izah etməyə çalışıram ki, əslində burada anlaşılmazlıq olub. Bu, bilərəkdən edilməyib. Bu gün Nuray balamızın yanına gəlmişəm. Onu öpürəm, bağrıma basıram. Mənim Nurayla nə problemim ola bilər ki, onu o formada çəkim və paylaşım?
 

Bunu edən adam insafsız olar. Bizim də nəslimizdə belə balalarımız var. Allah onların hamısına kömək olsun. Mən bu gün Nuraya dəstək olmaq üçün gəlmişəm. Sizdən də xahiş edirəm ki, Nuraya dəstək olasınız. Buraya gələndə öyrəndim ki, Nurayın belində də problem var və əməliyyata ehtiyacı var.


Maddi imkanları çatmadığı üçün uzun müddətdir çətinlik yaşayır. Gəlin birləşək və Nuray balamıza dəstək olaq. O anlaşılmazlığı da aradan qaldıraq. Yenə deyirəm, mənim Nurayla heç bir problemim ola bilməz".

Videoda çıxış edən Nurayın anası isə aktyordan narazı olmadığını bildirib və ictimaiyyətə müraciət edib:

"Heç bir narazılığım yoxdur. Mən xalqımdan xahiş edirəm ki, bu məsələni böyütməsinlər. Mən bir ana, bir Azərbaycan qadını kimi deyirəm ki, mənim övladım anadangəlmə qüsurludur. Dövlətim sağ olsun, Nurayıma dəstək olan bütün qardaşlarıma təşəkkür edirəm. Bu gün İlkin özü də etiraf edir ki, burada onun qərəzli niyyəti olmayıb, sadəcə anlaşılmazlıq yaranıb. Bu gün də gəlib övladımın yanındadır. Allah canını sağ eləsin. Mən anayam. Dünəndən bəri özümə gələ bilmirəm. İki dəfə ürəyim gedib".




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin