İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

Hazırda oxunan: İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

624363

İranın cənubundakı Buşəhr şəhərində eşidilən partlayış səsləri hava hücumundan müdafiə (HHM) qüvvələrinin fəaliyyəti ilə bağlı olub.

Bizim.Media "IRNA" agentliyinə istinadla xəbər verir ki, bu barədə Buşəhr əyaləti qubernatorunun müavini Ehsan Cahaniyan məlumat verib.

"Bir qədər əvvəl Buşəhr şəhərində baş verən partlayış HHM sistemlərinin vaxtında verdiyi cavab reaksiyasından qaynaqlanıb", — deyə o bildirib.

Cahaniyan həmçinin bəyan edib ki, qısa müddət öncə yaşayış məntəqəsinin kənarındakı hərbi obyekt düşmən mərmisi ilə vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin