İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə (HHM) vasitələri Buşehr əyalətinin səmasında ABŞ-yə məxsus "MQ-9" pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bizim.Media "Tasnim" agentliyinə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın nümayəndəsi Hüseyn Mohabbi məlumat yayıb.
"Sübh tezdən ABŞ-nin hava məkanımıza müdaxiləsindən sonra "MQ-9" dronu Buşehr əyalətinin Xormuc şəhəri üzərində SEPAH-ın HHM sistemlərinin atəşi ilə vurularaq zərərsizləşdirilib", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İslam Respublikasının Hörmüz boğazında gəmilərə qarşı həyata keçirdiyi iddia edilən hücumlara cavab olaraq İrana ardıcıl və güclü zərbələr endirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:35 / 09.07.2026
SEPAH ABŞ dronunu belə məhv etdi – ANBAAN VİDEO
Hazırda oxunan: SEPAH ABŞ dronunu belə məhv etdi – ANBAAN VİDEO
Hazırda oxunan: SEPAH ABŞ dronunu belə məhv etdi – ANBAAN VİDEO
624293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































