“Süni intellektin yaratdığı ən yeni və ən mürəkkəb təhdid növünə mütləq toxunmalıyıq. Bunlar “deepfake” adlandırılan dərin saxta məzmun və sintetik mediadır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov parlamentdə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, süni intellekt həlləri artıq elə realistik, tam funksionallı saxta audio, video və görüntü materialları yarada bilir ki, bunların yayılma sürəti müvafiq dövlət qurumlarının və ya faktyoxla mexanizmlərinin reaksiya vermə qabiliyyətini bəzən üstələyə bilir:
"Bu, sadəcə maraqlı bir texnoloji fenomen deyil. Bu fəaliyyətlər müasir hibrid təhdidlərin ən çevik və ən çətin izlənilən alətlərindən birinə çevrilib. "Deepfake” və süni intellekt əsaslı dezinformasiya artıq ənənəvi kiberhücumlarla yanaşı, hibrid təhdid arsenalının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Onlardan həm ictimai etimadı sarsıtmaq, həm dövlət institutlarının nüfuzuna xələl gətirmək, həm də fərdləri, uşaqları aldatmaq və manipulyasiya etmək üçün istifadə oluna bilər. Bəlkə də, dezinformasiya və süni intellektlə bağlı riskləri ayrıca təhdid kateqoriyası kimi nəzərdən keçirmək olar".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:13 / 09.07.2026
"Deepfake” vasitəsilə uşaqları necə MANİPULYASİYA EDİRLƏR?
Hazırda oxunan: "Deepfake” vasitəsilə uşaqları necə MANİPULYASİYA EDİRLƏR?
Hazırda oxunan: "Deepfake” vasitəsilə uşaqları necə MANİPULYASİYA EDİRLƏR?
624271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































