“Samsung” telefonlarında ciddi təhlükə aşkarlanıb

Hazırda oxunan: “Samsung” telefonlarında ciddi təhlükə aşkarlanıb

60074
"Samsung" şirkətinin "ağıllı" telefonlarında aşkarlanan bu yeni təhlükəli təhlükəsizlik problemi hakerlər tərəfindən aşkarlanıb. Artıq bütün dünyanın kifayət qədər istifadəçisi tərəfindən istifadə edilən "Samsung" şirkətinin "ağıllı" telefonlarında bir təhlükəsizlik problemi aşkarlanıb. Aşkarlanan problemin çox ciddi olduğunu açıqlayan ABŞ-ın təhlükəsizlik xidməti, 10 ballıq sistemdə 7.5 bal olduğunu və bunun çox təhlükəli bir problem olduğunu açıqlayıb. 

Təhlükəsizlik probleminin bir çox "ağıllı" cihazda olduğunu açıqlayan ABŞ-ın mütəxəsisləri, problemin "Find My mobile" proqramında olduğunu açıqlayıb. Bu proqram telefon itən zaman telefonun axtarışa verilib tapılması üçün hazırlanıb. Maraqlı cəhət bundan ibarətdir ki, bu proqrama hər bir insan şikayət edib itən "ağıllı" telefonun ona məxsus olduğunu iddia edə bilər. Bu isə, hakerlərin işini bir xeyli yüngülləşdirib. Hakerlər artıq bu sistemdə yaranan problemə görə, "ağıllı" cihazın idarə edilməsini, hər hansısa bir məlumatın götürülməsini və hətta silinməsini rahatlıqla başqa cihazdan edə bilərlər. Bu problem isə, "Samsung" şirkəti tərəfindən çox ciddi narazılıqla qarşılanıb. (Texnokulis)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin