Bu yazının şifrəsini açıqlayana 2 min avro mükafat veriləcək - MARAQLI

Hazırda oxunan: Bu yazının şifrəsini açıqlayana 2 min avro mükafat veriləcək - MARAQLI

270378
Fransanın şimal qərbində Plougastel qəsəbəsində dəniz sahilindəki bir qayaya mismarla yazılan və bu günə qədər mahiyyəti anlaşılmayan yazının şifrəsinin açılması üçün 2 min avro mükafat qoyulub.
xa0
Moderator.az xəbər verir ki, bir neçə il əvvəl kəşf edilən 230 illik yazı 20 sətirdən ibarətdir. Bretan bölgəsində yalnız dəniz suyunun çəkildiyi zamanlarda görünən yazıda bəziləri baş aşağı yazılmış normal fransız hərfləri ilə yanaşı, Skandinaviya tərzi hərflər də var.
xa0
Yazıda tək başa düşülən hissə fransız inqilabının bir neçə il əvvələ işarə edən 1786 və 1787-ci illərin tarixləridir. Yazıda ayrıca bir gəmi, gəmi sükanı və üzərində xaç işarəsi olan bir ürək şəkli də var.
xa0
Bəzi ekspertlər yazını yazan şəxsin yarı-cahil ola biləcəyini, bəziləri də həmin şəxs və ya şəxslərin eşitdikləri səsləri bu şəkildə yazıya keçirmiş ola biləcəklərini deyir.xa0
xa0
Yerli rəsmilər yazının sirrini ortaya çıxarmaq üçün dünya miqyasında tarixçilərdən və arxeoloqlardan kömək istəyir.
xa0
Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin