Dünyaca məşhur aktyor Stiven Siqal Moskva ətrafındakı lüks malikanəsini artıq yarım ildir ki, sata bilmir.
Bizim.Media xəbər verir ki, aktyor evin qiymətini artıq 50 milyon rubl aşağı salıb.
Siqal evi tez bir zamanda satmaq üçün bu endirimi hətta ikiqat artırmağa da razıdır. Məşhur aktyor Rublyovkanın Konus qəsəbəsindəki 15 sotluq ərazini, orada yerləşən iki evlə (böyük malikanə və qonaq evi) birlikdə 650 milyon rubla (təxminən 14 milyon 826 min manat) təklif edir.
Amerika klassikası üslubunda tikilmiş əsas malikanənin sahəsi 500 kvadratmetrdir. Evin daxilində dörd yataq otağı, şəxsi kinoteatr, 7 sanitar qovşağı və xüsusi şərab otağı var.
Malikanənin ərazisinə yaxın yerdə mühafizə olunan çimərliklər yerləşir. Bundan əlavə, həyətdəki qonaq evində hamam və sauna da quraşdırılıb.
Qeyd edək ki, 2016-cı ildə Rusiya vətəndaşlığı alan Stiven Siqal 2019-cu ildən bəri Moskva ətrafında yaşayır. Aktyor bu mülkü satmaqda məqsədinin yaşayış şəraitini daha da yaxşılaşdırmaq olduğunu bildirib.(axsam.az)



Bizim.Media

- A-
- A
- A+
Dünya
12:55 / 27.06.2026
Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO
Hazırda oxunan: Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO
Hazırda oxunan: Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO
621835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































