Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

621812

İyunun 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 (aylıq normanın 30%-i), Kəlbəcərdə 26 (aylıq normanın 30%-i), Şəki, Mingəçevir, Şahbuzda 9, Zaqatala, Altıağac, Qusar (Laza), Şahdağda 7, Qrız, Ağdamda 5, Bərdə, Beyləqanda 4, Yardımlı, İmişlidə 3, Sədərəkdə 2, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Astara, Biləsuvar, Kürdəmir, Sabirabad, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Tovuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Tərtər, Zərdab, Cəfərxan, Lerikdə 1 mm-dək qeydə alınıb.

Səhər saatlarından Bakıda və Abşeron yarımadasında yağış müşahidə edilir və bəzi ərazilərdə lokal leysan xarakterlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin