Rusiya əvvəllər də ermənilərdən silahlı qruplar formalaşdıraraq onları Ukrayna ilə savaşa göndərib. Ancaq onlar əsasən Rusiyada yaşayan ermənilər və Ermənistandan gələnlər idi.
Bizim.Media xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsindəki paylaşımında qeyd edib.
“Ancaq bu dəfə Rusiya Qarabağdan qaçan separatçılardan silahlı qruplar formalaşdıraraq Ukrayna ilə savaşa göndərib və bu faktı gizlətmədən dövlət televiziya kanalında yayımlayıb. Bu görüntünü ukraynalı dostlarıma, o cümlədən tanıdığım diplomatlara göndərdim. Ukraynaya dəstək verən beynəlxalq aləm, Qərb ölkələrinin rəsmiləri və diplomatları işğalçı qoşunların tərkibində Qarabağ separatçılarının döyüşdüyünü bilməli və bundan gərəkli nəticə çıxarmalıdırlar”, - deyə politoloq əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Region
21:40 / 27.06.2026
Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO
Hazırda oxunan: Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO
Hazırda oxunan: Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO
621911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































