Kofe tullantıları yüksək enerjili biokömürə çevrildi - FOTO

Hazırda oxunan: Kofe tullantıları yüksək enerjili biokömürə çevrildi - FOTO

621856

Cənubi Koreya alimləri gündəlik yaranan kofe çöküntülərini cəmi 90 saniyə ərzində yüksək enerjili biokömürə çevirməyə imkan verən yeni texnologiya hazırlayıblar.

Bizim.Media xəbər verir ki, "Chemical Engineering" jurnalında dərc olunan araşdırmaya əsasən, texnologiya kofe tullantılarını əvvəlcədən qurutmadan emal etməyə imkan verir.

Ənənəvi üsullarda isə bu mərhələ həm vaxt, həm də enerji baxımından xeyli xərc tələb edir. Yeni sistemdə 800–900°C temperatur yaradan plazma reaktorundan istifadə olunur.

Yüksək istilik nəticəsində qəhvə çöküntüsündəki su sürətlə buxarlanır və alimlərin "popkorn effekti" adlandırdığı proses baş verir. Bu zaman materialın daxilində təzyiq artır, məsamələr yaranır və karbonlaşma prosesi sürətlənir.

Araşdırmanın nəticələrinə görə, biokömürün istilik dəyəri 33 faiz artaraq 29 MJ/kq-a çatıb, sabit karbonun miqdarı 15,6 faizdən 46,2 faizə yüksəlib və əldə olunan materialın enerji göstəriciləri yüksək keyfiyyətli antrasit kömürünə yaxınlaşıb.

Tədqiqatçılar bildirirlər ki, plazma emalı zamanı kükürd birləşmələri aradan qaldırıldığı üçün yanma zamanı zərərli kükürd dioksid qazı əmələ gəlmir.

Bundan əlavə, alınan məsaməli material filtrasiya sistemləri, su təmizlənməsi və aktiv karbon istehsalında da istifadə oluna bilər. Alimlər gələcəkdə bu texnologiyanı qida tullantıları, kənd təsərrüfatı qalıqları və çirkab çöküntülərinin emalında da tətbiq etməyi planlaşdırırlar.


Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin