Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Hazırda oxunan: Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

621872

Qazaxda kişi arvadını döyüb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

İttiham aktına görə, 40 yaşlı Səid Qasımov (ad və soyad şərtidir) səhər saat 5 radələrində evdə arvadı ilə mübahisə edib. Mübahisə zamanı kişi arvadının sifət nahiyəsinə yumruq və sillə ilə zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.

Bu əməlinə görə Səid Qasımov saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Südabə ilə (şərti adla) 11 ildir evlidirlər və 3 uşaqları var. Onun sözlərinə görə, özü təmizkar olsa da, arvadı çox səliqəsiz adamdır və onun bu xüsusiyyətini bəyənmir. Əvvəllər də bir neçə dəfə bu mövzuda mübahisələri olub.
 

Sonuncu dəfə səhər saat 5 radələrində evə sərxoş gəlib və görüb ki, Südabə evi yığışdırmayıb. Əsəbiləşərək Südabəni yuxudan oyadıb və evi niyə yığışdırmadığını soruşub. Mübahisə zamanı özündən çıxaraq, arvadını döyüb.


Zərərçəkən Südabə isə ifadəsində ərinin son 2 ildir ki, çox spirtli içki içdiyini deyib. Qadın bildirib ki, sonuncu dəfə sərxoş halda onunla soyuq rəftarının səbəbini soruşub. Onun sözlərinə görə, yaranan mübahisə zəminində Səid onun sifət və göz nahiyələrinə yumruq, eləcə də sillə ilə təxminən 10 dəqiqə zərbə vurub. Uşaqlar həmin vaxt yatdığı üçün hadisəni heç kim görməyib.

Zərərçəkən əri ilə barışmadığını və ondan şikayətçi olduğunu deyib.

Məhkəmənin qərarı ilə Səid Qasımov 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən o, elektron qolbaq taxmalı, gecə saat 23:30-dan səhər saat 7-dək evi, 10 ay ərzində isə Qazax və Ağstafanı tərk etməməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin