Yaxın iki gün üçün Belarusda qırmızı təhlükə səviyyəsi elan olunub.
Bizim.Media xəbər verir ki, bu barədə "BelTA" agentliyinə Ekologiya Nazirliyinin Respublika Hidrometeorologiya, Radioaktiv Çirklənməyə Nəzarət və Ətraf Mühitin Monitorinqi Mərkəzindən məlumat verilib.
Proqnozlara görə, bazar günü, 28 iyunda respublikada hava az buludlu və əsasən yağıntısız keçəcək. Bununla belə, gecə saatlarında ölkənin şərqində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Termometrlərin əqrəbləri gecə 14–20°C, gündüz isə şimal-şərqdə +28°C-dən qərb rayonlarında +38 °C-dək isti olacaq.
Bazar ertəsi, 29 iyunda gündüz saatlarında Belarus ərazisinin böyük hissəsində maksimal hava temperaturu 35–39 °C, bəzi yerlərdə isə 30–34 °C təşkil edəcək.
Bizim.Media



































































































