Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Hazırda oxunan: Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

621891

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, Şəkinin Baş Göynük və Baş Şabalıd kəndləri arasından keçən çaya sel gəlib.
 

Güclü sel nəticəsində çaydan keçən yol su altında qalıb və hazırda yol bağlanıb. Nəticədə Baş Şabalıd kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi kəsilib.


Cunud kəndi ilə də əlaqə kəsilib. Şəkinin Kiş kəndindən yuxarıdakı istirahət mərkəzlərinə gedən kiçik körpü də dağılmaq üzrədi.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin