Bakıdakı UFC turniri START götürdü

Hazırda oxunan: Bakıdakı UFC turniri START götürdü

621876

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turniri başlayıb.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarış saat 17:00-da start götürüb.

"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.

"UFC Fight Night Baku" turniri

İlkin görüşlər

Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)

Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)

Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)

Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)

Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)

Abdul Rahman Yahyaev (Türkiye) - Culius Uolker (ABŞ)

Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)

Əsas döyüşlər

Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)

İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)

Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)

Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)

Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)

Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)

Xatırladaq ki, UFC-nin Bakıdakı ilk turniri 2025-ci ildə keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin