Nadir goblin köpəkbalığı ilk dəfə təbii yaşayış mühitində görüntüləndi - FOTO

Hazırda oxunan: Nadir goblin köpəkbalığı ilk dəfə təbii yaşayış mühitində görüntüləndi - FOTO

621862

125 milyon illik təkamül tarixinə malik olan və "canlı fosil" kimi tanınan nadir goblin köpəkbalığı ilk dəfə okeanın dərinliklərində təbii yaşayış mühitində canlı halda müşahidə edilib.

Bizim.Media xəbər verir ki, "Journal of Fish Biology" jurnalında dərc olunan araşdırmaya görə, Havay Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Mərkəzi Sakit okeanda iki fərqli nöqtədə bu nadir növə aid görüntülər əldə edib.

Alimlərdən biri müşahidələrin növ üçün indiyədək qeydə alınmış ən böyük dərinlikdə aparıldığını bildirib. Goblin köpəkbalığı uzun çıxıntılı burnu və irəli atılan çənəsi ilə digər köpəkbalıqlarından fərqlənir.

Bu növ indiyədək yalnız balıqçı torlarına düşdükdən sonra səthə çıxarılanda müşahidə olunurdu və adətən qısa müddət sonra ölürdü.

Yeni müşahidələr həm bu növün yayılma sahəsini genişləndirib, həm də onun yaşadığı dərinlik barədə əvvəlki təsəvvürləri dəyişdirib. Tədqiqatçılar bildirirlər ki, kəşf dərin okeanlarda hələ də öyrənilməmiş çoxlu canlı növlərinin olduğunu göstərir.




Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin