“Rəngli yuxuları daha çox qadınlar, ağ-qara yuxuları isə kişilər görürlər”.
Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Seçenov Universitetinin Yuxu təbabəti şöbəsinin müdiri Mixail Poluektov bildirib.
O qeyd edib ki, araşdırmalara görə, yuxulardakı rəng amili yuxu tənzimlənməsi ilə deyil, şəxsiyyət xüsusiyyətləri ilə müəyyən edilir.
Bildirilib ki, həyatda xarici xüsusiyyətlərə, geyimə, rəngə və dekorativ elementlərə daha çox diqqət yetirənlər yuxularında da eyni şeyləri gördüklərini bildirirlər. Bu şəxslər isə daha çox qadınlardır, onlar kişilərə nisbətən daha çox rəngli yuxular görürlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 27.06.2026
Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
Hazırda oxunan: Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
Hazırda oxunan: Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
621863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































