Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu - İmişlidə OLAY

Hazırda oxunan: Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu - İmişlidə OLAY

621855

İmişlidə yerləşən restoranların birində keçirilən toy məclisindən 13 yaşlı yeniyetməni evlənmək məqsədilə qaçıran 1988-ci il təvəllüdlü Cavanşir İsmayılov 8 il sonra həbs olunub.

Bizim.Media Xitab24.az-a istinadən xəbər verir ki, o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, Cavanşir İsmayılov öz əmisi oğlunun toy məclisində yeniyetmə qızı görüb və onu bəyənib.
 

Rəqs zamanı isə Cavanşir qıza onu qaçırmaq istədiyini bildirib, yeniyetmə isə buna etiraz etməyib. Toydan birlikdə qaçan şəxslər 8 ay birgə yaşayıb, sonra qız müxtəlif səbəblərə görə ailəsinin yanına qayıtmaq məcburiyyətində qalıb.


Sözügedən toy məclisi 2018-ci ildə baş versə də, istintaqdan yayınan C. İsmayılov bu il Gürcüstanda saxlanılıb. Barəsində axtarış elan olunan təqsirləndirilən şəxs Gürcüstan daxili işlər orqanları tərəfindən saxlanıldıqdan sonra Azərbaycana ekstradisiya olunub. Cavanşir İsmayılov Cinayət Məcəlləsinin 152.2-ci maddəsi üzrə təqsirli bilinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin