Son vaxtlar Bakıda və paytaxt ətrafında motosiklet sürücülərinin yol hərəkəti qaydalarını pozması və qəzalar törətməsi hallarına tez-tez rast gəlinir.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə motosiklet sürücüsünün xuliqanlıq hərəkətləri etməsinə dair daha bir görüntü yayılıb.
Görüntülərdən məlum olur ki, həmin sürücü Bakı şəhəri ərazisində nəqliyyat vasitəsini uzun müddət əks hərəkət zolağı istiqamətində idarə edir və digər hərəkət iştirakçılarına, eləcə də öz həyatına ciddi təhlükə yaradır.
Bakı Şəhər DYP İdarəsindən bildirildi ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb:
“Həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirilir”.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:45 / 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO
Hazırda oxunan: Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO
Hazırda oxunan: Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO
621842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































